Səbinə Hacıyeva: Ermənilər işğalın ilk illərində Azıx mağarasından silah anbarı kimi istifadə edib
Ermənilər işğalın ilk illərində Azıx mağarasından silah anbarı kimi istifadə ediblər.
"Report"un məlumatına görə, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) dördüncü günündə deyib.
O, sonrakı illərdə xarici şəxslərin də iştirakı ilə qanunsuz qazıntı işləri aparıldığını və Azıx mağarasından tapılan çoxsaylı nümunələrin ərazidən çıxarıldığını söyləyib:
"Azərbaycan işğalın nəticələrinin öyrənilməsi və belə bir vəziyyətdə hansı addımların atılmalı olduğu baxımından ən uyğun nümunədir. Çünki prosesin içində olduğunuz zaman təzyiq altında qalırsınız, abidələrinizi görə, doğma torpaqlarınızla bir arada ola bilmirsiniz".
Xidmət rəisi bildirib ki, tarix boyu mədəni irs çox vaxt münaqişə və fəlakətlərin ilk qurbanlarından biri olub:
"Münaqişələr abidələrin dağıdılmasına, mədəni sərvətlərin talan edilməsinə, qanunsuz şəkildə ərazidən çıxarılmasına və xaricə daşınmasına səbəb olmaqla yanaşı, ənənələri də pozur, icmaları zəiflədir, insanları öz tarixi və bir-biri ilə bağlayan mədəni kimliyi və yaddaşı təhlükə altına salır".
Oxşar xəbərlər
Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
İngiltərə yığması Xorvatiyaya tarixində ən böyük məğlubiyyəti yaşadıb
-
Qubada yol tamamilə çökdü













