Maqdalena Qrono: Aİ Bakı və İrəvan arasında sülh prosesindəki müsbət dinamikanı alqışlayır
Avropa İttifaqı (Aİ) azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası sahəsində Azərbaycanı dəstəkləməyə davam edəcək.
Bu barədə "Far.Az"un Xankəndiyə ezam olunan əməkdaşına xarici diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib.
Onun sözlərinə görə, Aİ Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalır və müxtəlif proqramları, o cümlədən sülh gündəliyini və regional əməkdaşlığı dəstəkləyir.
"Biz sülhü dəstəkləyərək həmçinin keçmiş münaqişələrin nəticələrinin həllinə kömək etməyə çalışırıq. Buna münaqişədən zərər çəkmiş icmalara dəstək, bərpa və xüsusilə də minatəmizləmə məsələləri daxildir", - o qeyd edib.
Aİ nümayəndəsi vurğulayıb ki, ittifaq regional inkişafın müsbət dinamikasını və Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayır.
O qeyd edib ki, sərhədin delimitasiyası, nəqliyyat əlaqələri, ticarət və insanlar arasında təmaslar kimi istiqamətlərdə mühüm praktiki addımlar atılır.
"Ümid edirik ki, bütün bunlar lazımi şərait yaradacaq və nəticə etibarilə sülh müqaviləsinin yekun imzalanmasına gətirib çıxaracaq", - Aİ nümayəndəsi əlavə edib.
Oxşar xəbərlər
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













