Bank soyğunu cəmi bir neçə dəqiqə çəkdi: İşçilərin üzünə bibər tozu atdı
Hindistanda 28 yaşlı şəxs bank əməkdaşlarına hücum edərək pul çantasını oğurlamağa çalışıb. O, əməkdaşların üzünə bibər tozu ataraq onları çaşdırıb və çantanı götürərək qaçıb.
Far.Az xəbər verir ki, hadisə sentyabrın 10-da baş verib. Bank əməkdaşları bankomatdan pul götürdükdən sonra filiala qayıdarkən şübhəli şəxs arxadan yaxınlaşaraq onların üzünə bibər tozu səpib.
Əməkdaşlar dərhal onun arxasınca düşüb. Həmin vaxt ərazidə patrul xidməti aparan polis əməkdaşları da hadisədən xəbər tutaraq təqibə qoşulublar.
Şübhəli şəxs uzağa gedə bilmədən saxlanılıb. Oğurladığı pulun tamamı da polis tərəfindən geri qaytarılıb. Saxlanılan şəxsin 28 yaşlı Suraj Borkar olduğu müəyyənləşdirilib.
Oxşar xəbərlər
Miri Yusif bu şəkilləri ilə diqqət çəkdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub













