CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper İrana qarşı müharibə səbəbindən sursatların mümkün çatışmazlığından narahat olmadığını bildirib.
"Report" "CBS News"a istinadən xəbər verir ki, bu barədə Kuper telekanala müsahibəsində bildirib.
"Mən qətiyyən narahat deyiləm. Biz yaxşı silahlanmışıq və istənilən gözlənilməz vəziyyətə hazırıq", - Kuper sursat çatışmazlığının onu narahat edib-etmədiyi ilə bağlı suala cavab verib.
Avqustun 5-də "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Tramp iyulun 31-də Pentaqon rəhbəri Pit Heqsetdən hərbi idarənin İranla qarşıdurmada silah çatışmazlığı məsələsində onu niyə yanıltdığına dair izahat tələb edib. Nəşrdə qeyd olunduğu kimi, bu mübahisə ABŞ Prezidentinin Pentaqon rəhbərinə qarşı "artan qıcıqlanmasından" xəbər verirdi. Sonradan Tramp bu məlumatları rədd edib.
Daha əvvəl Heqset "X"də "CNN" telekanalının Pentaqonun əsas sursat ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə qədər azalması barədə materialını həqiqətə uyğun olmadığını bildirib.
İyulun sonunda "Associated Press" agentliyinin məlumat verdiyi kimi, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynan birbaşa prezidentə məlumat verib ki, raket ehtiyatlarının hazırkı vəziyyəti Vaşinqtonun İranla münaqişənin sonrakı eskalasiyası üçün imkanlarını məhdudlaşdırır.
Tramp sursat, o cümlədən HHM raketlərinin çatışmazlığının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edilməsinin səbəblərindən biri olması barədə məlumatları təkzib edirdi.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub













