Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.
"Report"un məlumatına görə, III turda Azərbaycanın kişilərdən ibarət millisi İsveçrəuə 3:1 hesabı ilə qalib gəlib.
Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini üstələyiblər. Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə edib.
Qadınlardan ibarət Azərbaycan komandası isə İsveç yığması ilə üz-üzə gəlib. Şahmatçılarımız bu görüşdə 2,5:1,5 hesablı qələbə qazanıblar. Gülnar Məmmədova rəqibini məğlub edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Günay Məmmədzadə isə heç-heçəyə razılaşıb.
Qeyd edək ki, ilk iki turda Azərbaycanın kişilərdən ibarət yığması Mərakeş (4:0) və Filippin (3:1) komandalarına qalib gəlib. Qadınlardan ibarət komanda isə Qvatemala və Danimarkanı 4:0 hesabı ilə məğlub edib.
İlk iki turun yekunlarına əsasən, kişilərdən ibarət kollektiv 4 xalla turnir cədvəlində 19-cu, eyni xala malik qadın komandası isə 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir. Yarış sentyabrın 27-də başa çatacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar
Global Media Group şahmat turniri təşkil etdi
Azərbaycan yığmaları Özbəkistanda 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib













