XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi
Şamaxının Avaxıl kəndində yerləşən tarixi Pir Ömər Sultan ziyarətgahında aparılan genişmiqyaslı bərpa və konservasiya işləri yekunlaşıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində abidənin ərazisi abadlaşdırılıb, qoruyucu divar çəkilib və ziyarətgahın ətrafında gəzinti zolaqları yaradılıb.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə Baku TV-yə bildirib ki, xəlvətgahın bərpa edilməsində əsas məqsəd insanların mənəvi saflaşmasına və kamilləşməsinə töhfə verməkdir.
"Xəlvətilik təriqətinin əsas məğzi odur ki, xəlvətilər deyirdilər: "Biz xəlvətgaha ona görə çəkilmirik ki, dünyanın şərindən qurtaraq. Biz xəlvətgaha ona görə çəkilirik ki, dünya bizim şərimizdən qurtarsın. Yəni o xəlvətdə biz təmizlənirik, ülviləşirik, kamilləşirik, ondan sonra çıxıb cəmiyyət içərisində insanlara öz təlimlərimizi yayırıq", - deyə o qeyd edib.
Arxeoloji tədqiqatlar zamanı burada XIV əsrə aid türbə qalıqları və abidənin xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya məxsus olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.
Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ziyarətgahda olub, aparılacaq bərpa işləri ilə bağlı müvafiq tapşırıqlar vermişdilər.
Oxşar xəbərlər
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir













