"Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü
İngiltərə Premyer Liqasının V turunda məhsuldar qarşılaşma baş tutub. "Mançester Siti" doğma meydanda "Sanderlend"i 5:3 hesabı ilə məğlub edib, "Liverpul" isə səfərdə "Bornmut" üzərində minimal hesablı qələbə qazanıb.
Far.Az xəbər verir ki, "Etihad" stadionunda keçirilən görüşdə hesabı 9-cu dəqiqədə Enzo Fernandes açıb. "Sanderlend"in hücumçusu Brayan Brobbi üç dəqiqə sonra tarazlığı bərpa edib.
29-cu dəqiqədə Rayan Şerki "Mançester Siti"ni yenidən önə keçirib. Brobbi 33-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. Semenyo 43-cü dəqiqədə fərqlənərək meydan sahiblərini fasiləyə üstün yollayıb.
İkinci hissədə də qolların ardı-arası kəsilməyib. Semenyo 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Brobbi iki dəqiqə sonra het-trik edərək fərqi azaldıb. Lakin 81-ci dəqiqədə Erlinq Holandın qolu "Mançester Siti"yə 5:3 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra "Mançester Siti" 15 xalla turnir cədvəlinə başçılıq edir. "Sanderlend" isə 4 xalla 14-cü pillədədir.
"Vitaliti" stadionunda keçirilən "Bornmut" – "Liverpul" matçında isə cəmi bir qol vurulub. Görüşün 57-ci dəqiqəsində Aleksander İsak fərqlənərək "Liverpul"a qələbə qazandırıb.
Qələbədən sonra "Liverpul" 9 xalla turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. "Bornmut" isə 3 xalla 16-cı sırada qərarlaşıb.
Oxşar xəbərlər
DÇ-2026: Ən çox qolu kim vurub?
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Premyer Liqada het-trik edən 50-ci legioner: "Vurduğum qolların sayına xüsusi önəm vermirəm"
Azərbaycan çempionatları tarixində het-trik edən legioner futbolçuların sayı 50-yə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
-
Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
-
ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə konsepsiya hazırlayıb
-
"Bloomberg": Konqresin razılığı olmasa, ABŞ ordusu təxminən 500 raket ala bilməyəcək













