AITO M6, M7 və M8 Azərbaycanda rəsmi təqdim olundu
AITO model ailəsinin yeni üzvləri M6, M7 və M8 Azərbaycanda təqdim olunub.
Təqdimat zamanı modellərin texnoloji imkanları, performansı, elektrik və ümumi yürüş göstəriciləri, eləcə də premium komfort xüsusiyyətləri qonaqlara təqdim edilib.
Yeni modellər arasında AITO M6 dinamik dizaynı və texnoloji imkanları ilə diqqət çəkir. Təxminən 5 metrlik kuzaya malik model 469 at gücü ilə təchiz olunub və ümumi yürüş məsafəsi 1 285 kilometrə qədər çatır. M6-nın əsas texnoloji üstünlüklərindən biri isə ikili optik kanal arxitekturasına malik LiDAR sistemidir. Sistem uzaq məsafədə, hətta 14 santimetr ölçüsündə kiçik obyektlərin aşkarlanmasına imkan verir.
AITO M7 model ailəsinin yenilənmiş versiyası olaraq geniş və komfortlu salonu ilə xüsusilə ailə istifadəsinə yönəlib. Model 54 kWh CATL litium batareyası ilə təchiz olunub. M7-nin elektrik yürüş məsafəsi 255 kilometrə, ümumi yürüş məsafəsi isə 1 250 kilometrə qədər təşkil edir. Avtomobilin maksimal gücü 533 at gücüdür.
Təqdimatın digər əsas modeli olan AITO M8 isə lüks, genişlik və qabaqcıl texnologiyaları bir araya gətirən premium SUV kimi təqdim olunub. M9 modelinin davamı kimi formalaşdırılan M8 onun bir sıra premium xüsusiyyətlərini özündə birləşdirir və 2 və 3 sıra oturacaq seçimləri ilə təklif olunur. Modelin 54 kWh batareyası elektriklə 246 kilometrə, ümumi olaraq isə 1 326 kilometrə qədər yürüş imkanı yaradır. M8 533 at gücünə malikdir.
AITO M6, M7 və M8 modellərini birləşdirən əsas xüsusiyyətlərdən biri Huawei texnologiyalarının inteqrasiyasıdır. Bu texnologiyalar avtomobillərdə təhlükəsizlik, komfort və ağıllı idarəetmə imkanlarını yeni səviyyəyə daşıyır.
AITO modelləri Azərbaycanda Volt Group tərəfindən rəsmi olaraq təqdim olunur və müştərilər avtomobilləri rəsmi zəmanət şərtləri ilə əldə edə bilərlər.
AITO modelləri ilə yaxından tanış olmaq və ətraflı məlumat əldə etmək üçün Badamdar yolu 1C ünvanında yerləşən AITO Azərbaycanın rəsmi satış mərkəzinə yaxınlaşa və ya *0078 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
Bakı-Tbilisi-Bakı qatarında komfort, komfort+ və lüks siniflərdə getmək olacaq - NƏLƏR DAXİLDİR?
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













