Əfv olunan Özdemir Salih: Ailəsini, övladlarını sevən kimsə cinayət törətməsin
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam əsasında əfv edilən Türkiyə vətəndaşı Özdemir Salih ailəsini sevən insanları heç vaxt cinayət törətməməyə çağırıb.
"Far.Az"un yerli bürosu xəbər verir ki, o, vaxtından əvvəl azadlığa buraxıldığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.
Ö.Salih azadlığa çıxmasının ona böyük sevinc bəxş etdiyini vurğulayıb:
"Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığa çıxdım. Allah Prezidentdən razı olsun. Cəzaçəkmə müəssisəsində çalışan, Ədliyyə Nazirliyində fəaliyyət göstərən rəhbər şəxslərə və bütün əməkdaşlara təşəkkür edirəm. Mənə qarşı heç bir qanunazidd davranışa yol verilməyib, çox yaxşı münasibət göstərilib. Çox istərdim ki, ailəsini, övladlarını sevən insanlar heç vaxt cinayət törədib həbsə düşməsinlər".
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər













