"Expressbank" sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir
"Expressbank" biznesini genişləndirmək, fəaliyyətini inkişaf etdirmək və maliyyə ehtiyaclarını qarşılamaq istəyən mikro və aqro sahibkarlar üçün 100 000 manatadək mikro kredit təqdim edir.
Belə ki, bu məhsul sahibkarlar üçün 100 000 AZN-dək mikro və aqro kredit vəsaitini 48 ayadək müddətdə əldə etmək rahatlığı yaradır. Həmçinin məhsul çərçivəsində tətbiq olunan 18 ayadək güzəşt müddəti sahibkarlara bu müddətdə kreditin əsas məbləği üzrə ödənişdən azad olmaqla maliyyə vəsaitlərini bizneslərinin inkişafına yönəltməyə şərait yaradır.
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə təklif olunur.
Qeyd edək ki, mikro kredit əldə etmiş sahibkarlar sığorta və hesab açmaq kimi xərclərdən azad olacaqlar.
Təklif bununla bitmir!
Belə ki, sahibkarın maliyyə ehtiyaclarına uyğun olaraq
· kredit vəsaitinin tranşlarla əldə edilməsi və
· sərbəst ödəniş qrafikinin formalaşdırılması təklifə daxildir.
Eyni zamanda, mikro və aqro kredit üzrə biznesin qiymətləndirilməsi üçün əlavə xərc nəzərdə tutulmur.
Məhsulun şərtləri, müraciət qaydaları haqqında məlumat və sifariş üçün "Expressbank"ın rəsmi saytı: https://exb.az/mikrokredit
"Expressbank" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "Instagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Şamaxıda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
"ASELSAN" Naxçıvanda zavod yaradacaq













