Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
Tərtər rayonunda taksi fəaliyyəti ilə məşğul olan kişi həyat yoldaşını döyüb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib. Kənd sakini Tural Ağayev (soyad şərtidir) 17 il əvvəl ailə həyatı qurub və cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib. Turalla həyat yoldaşı Gülnarə arasında tez-tez mübahisələr baş verib və bu mübahisələr polis əməkdaşları tərəfindən sakitləşdirilib.
Taksi fəaliyyəti ilə məşğul olan Tural bir neçə gün öncə evə gec gəlib və həyat yoldaşı da ondan narahat qalıb. O, evə gələndə Gülnarə ondan niyə evə gec gəlməsinin səbəbini soruşub. Bu söz Turalı əsəbiləşdirib və ər-arvad arasında mübahisə yaranıb. Nəticədə Tural qadına təpik və yumruq zərbələri endirib, saçından tutub otaqda sürüyüb.
Qadın aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə T.Ağayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Tərtər Rayon Məhkəməsində ər və arvad arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Şou-biznesin xoşbəxt ailə həyatı olan məşhurları - SİYAHI
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Meyvəni çox yeyən ayının halı pisləşdi, xəstəxanalıq oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













