Təqaüdçüləri kömək etmək adı ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb
Təqaüdçüləri kömək etmək adı ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən S.Rəşidzadə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, əsasən ahıl yaşlı təqaüdçülərə bankomatdan pul çıxarmaqda kömək etmək adı ilə yaxınlaşaraq onların bank kartlarındakı vəsaitləri ələ keçirib. S.Rəşidzadənin bu üsulla 3 vətəndaşa məxsus ümumilikdə 2400 manat pul vəsaitini taladığı müəyyən olunub.
S.Rəşidzadə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək













