Palçıq Vulkanları Turizm Kompleksinə 8 ayda 30 minə yaxın turist gəlib
Bu ilin yanvar-avqust aylarında Palçıq Vulkanları Turizm Kompleksini ümumilikdə 28 979 nəfər bilet alaraq ziyarət edib.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, onlardan 26 235 nəfəri xarici, 2 744 nəfəri yerli turist olub: "798 nəfər isə ödənişsiz qaydada Kompleksi ziyarət edib. Xarici turistlər 150-dən çox ölkəni təmsil ediblər. Onlar arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil ediblər".
Sədr qeyd edib ki, 13 iyun 2024-cü il tarixdə istifadəyə verilmiş və fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlardan biridir: "Kompleksin Turizm İnformasiya Mərkəzi, palçıq vulkanlarının xüsusiyyətləri və minerallar barədə dolğun məlumat verən Sərgi zalı, dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil olunan Emalatxana, Azərbaycan və dünya faunasına aid 1 000-ə yaxın nümunənin sərgiləndiyi Təbiət tarixi sərgi zalı ziyarətçilərdə böyük maraq doğurur. Unikal təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olmaq üçün də Kompleksdə hərtərəfli şərait yaradılıb. Buradakı açıq ərazidə bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarət "Qılınc" palçıq vulkanını, həmçinin neft püskürən vulkanı yaxından izləmək mümkündür. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı sayılan, hündürlüyü 402, diametri 150 metr olan "Torağay" palçıq vulkanını kənardan müşahidə etmək olar".
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Beynəlxalq mediaforumun iştirakçıları Özbəkistanda İmam əl-Buxari kompleksini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













