Azərbaycan kikboksçuları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan kikboksçuları İtaliyanın Jesolo bölgəsində keçirilmiş wako versiyası üzrə gənc və yeniyetmələrin dünya çempionatında uğurlu çıxış ediblər.
"Report"un məlumatına görə, komanda üzvləri yarışda 16 medal qazanıblar.
Mükafatlardan 10-u qızıl, 4-ü gümüş, 2-si bürünc əyarlıdır.
Gənclərdən Əli Mayılzadə (57 kq), Adil Əsədov (54 kq) və Gülgəz İbrahimli (48 kq) qızıl medal qazanıb. Yeniyetmələrdən Hüseyn Mahmudzadə (42 kq), Seymur Quliyev (45 kq), Hüseyn Əmirli (45 kq), Nizami Əliyev (48 kq), Ayxan Allahyarlı (54 kq), Cəmil Məmmədov (42 kq) və Eldar Rzayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yığmaya Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenta Eduard Məmmədov başçılıq edib.
Hakimlərimizdən Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov turnirin ən yaxşı hakiminə verilən "Best Referee Ring" mükafatına da layiq görülüb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bu gün Eduard Məmmədovun doğum günüdür
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













