Fikrət Sideifzadə: "Qadın şahmatçılardan ibarət millinin heyətində dəyişikliyə ehtiyac var"
Şahmat üzrə Azərbaycanın kişi millisi Ümumdünya Şahmat Olimpiadasında uğurla çıxış etsə də, qadınlardan ibarət yığmanın heyətində yenilənməyə ehtiyac var.
Bunu "Far.Az"a açıqlamasında şahmat mütəxəssisi Fikrət Sideifzadə deyib.
O, kişi şahmatçıların nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirib:
"Kişilər əslində yaxşı oynadılar. Heyətdə iki gənc şahmatçının yer alması çox vacib faktordur. Yarışda ümumilikdə 44 oyundan cəmi ikisində məğlub olublar, bu da kifayət qədər normal göstəricidir. Məhəmməd Muradlı ilə Aydın Süleymanlı möhkəm oyun nümayiş etdirirlər, demək olar ki, uduzmurlar. Əlbəttə, Olimpiadada hələlik medal qazanmamışıq, lakin bu, çox güclü turnirdir".
Ekspert qadın millisinin nəticələrinin zəif olduğunu və heyətin yenilənməsinə ehtiyac duyulduğunu bildirib:
"Qadınların nəticəsi zəifdir. Bu heyətlə artıq 10 ildən çoxdur oynayırlar. Avropa çempionatlarında üç medal qazansalar da, Olimpiadada uğur yoxdur. Yaş faktoru artıq öz sözünü deyir. Gənc şahmatçılar tapıb onların yerini doldurmaq, səviyyələrini qaldırmaq lazımdır. Komandaya daha çox enerjisi, motivasiyası olan və nəticəyə can atan gənclər gəlməlidir".
F.Sideifzadə bəzi şahmatçıların əvvəlki formalarında olmadığını vurğulayıb:
"Bəzi şahmatçılarımız əvvəlki güclərini göstərə bilmirlər. Bir vaxtlar Günay Məmmədzadə çox yaxşı, təzyiqlə oynayırdı. İndi isə bəzi səbəblərə görə formadan düşüb. Gülnar Məmmədova kifayət qədər yaxşı səviyyədə çıxış etsə də, medal qazanmaq üçün bu bəs etmir. Turnirdə Qazaxıstan, Hindistan, Çin, ABŞ kimi güclü rəqiblər var. Hətta Qazaxıstan ikinci yeri tutdu. Qadın millimizin nəticələrinin səbəbləri təhlil olunmalıdır".
Qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət komandası yarışı 17 xalla beşinci pillədə başa vurub. Qadınlardan ibarət kollektiv isə 15 xalla 16-cı yeri tutub.
Oxşar xəbərlər
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Global Media Group şahmat turniri təşkil etdi
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













