Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
Far.Az xəbər saytı

Zığ şosesində yük maşını aşdı: Yol bağlandı


Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Zığ şosesindən 8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində yük avtomobillərindən biri yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülür. Aşan avtomobilin yoldan götürülməsi və nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində işlər aparılır.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Qusarda məşhur şadlıq sarayı BAĞLANDI
Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Yol qismən BAĞLANDI - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər