Ömüralıyev: TDT 65-dən çox əməkdaşlıq mexanizmini birləşdirir
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xarici siyasət, ticarət, turizm, kənd təsərrüfatı, təhsil və elmi tədqiqatları əhatə edən 65-dən çox əməkdaşlıq mexanizmi fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda deyib.
Onun sözlərinə görə, Türk əməkdaşlığı sisteminə Türk Akademiyası da daxil olmaqla geniş spektrli struktur və təşkilatlar daxildir.
"Bu gün biz dövlət başçıları və xarici işlər nazirləri şuralarından tutmuş sahə strukturlarına qədər 65-dən çox əməkdaşlıq mexanizmini birləşdiririk. Bu, inkişaf etməkdə davam edən nisbətən yeni bir sistemdir. Bu mexanizmlər xarici siyasət, ticarət, turizm, kənd təsərrüfatı, təhsil və elmi tədqiqatlar da daxil olmaqla geniş istiqamətləri əhatə edir", - Ömüralıyev bildirib.
O qeyd edib ki, müasir dünya getdikcə daha çox qarşılıqlı əlaqəli olur, Türk dünyası isə daha geniş beynəlxalq tanınma qazanır. Onun sözlərinə görə, ölkələr arasındakı əməkdaşlıq da əhəmiyyətli artım nümayiş etdirir.
"Məsələn, 2021-ci ildə ticarət həcmi təqribən 9 milyard dollar təşkil edirdisə, bu gün bu rəqəm az qala 200 milyard dollara çatıb", - Ömüralıyev məlumat verib.
O, həmçinin TDT-yə üzv ölkələrin şirkətləri üçün yeni imkanlar yaradan və qlobal kontekstdə əlavə üstünlüklər təmin edə bilən texnoloji şəbəkələrin və rəqəmsal texnologiyaların əhəmiyyətini vurğulayıb.
Ömüralıyev əlavə edib ki, Mərkəzi Asiya ölkələri, Türkiyə və digər dövlətlər Hindistan və ABŞ kimi ölkələrlə tərəfdaşlıq münasibətlərini inkişaf etdirirlər.
"Biz tərəfdaşlıq əlaqələrinin inkişafı və genişləndirilməsi məsələlərinə böyük diqqət yetiririk", - o deyib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV













