Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı
Yardımlıda çayxanada bıçaqlanma hadisəsi baş verib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yardımlı şəhəri, Heydər Əliyev küçəsi 10 ünvanında yerləşən çay evində baş verib. Çayxanaya müştəri kimi gələn rayon sakini, 1988-ci il təvəllüdlü Kərim Hüseynzadə obyektin sahibi İlqar İmanzadə ilə mübahisə edib. Bu zaman sahibkar Kərim Hüseynzadədən çayxanadan çıxmasını tələb edib. Kərim buna əhəmiyyət vermədikdə İlqar onu məcburi çölə çıxarıb.
K.Hüseynzadə bir müddətdən sonra balta ilə geri qayıdıb. Bunu görən çayxana sahibi təhlükəsizliyini təmin etmək üçün obyektin qapılarını bağlayaraq içəridə dayanıb. Kərim Hüseynzadə isə balta ilə qapısının şüşələrini qırıb. Bu zaman sahibkarla Kərim arasında dava başlayıb, Kərim cibindən bıçaq çıxararaq İlqara üç dəfə zərbə endirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Kərim Hüseynzadə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə Kərimlə İlham arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib













