Bosniya və Herseqovinanın XİN rəhbəri ölkənin Belqraddakı konsulluq fəaliyyətini bloklayıb
Far.Az xəbər saytı

Bosniya və Herseqovinanın XİN rəhbəri ölkənin Belqraddakı konsulluq fəaliyyətini bloklayıb


Bosniya və Herseqovinanın Belqraddakı səfirliyinin konsulluq fəaliyyəti bloklanıb.

Report"un Balkan bürosu xəbər verir ki, bu barədə səfirlik özü bəyanat yayıb.

Bildirilib ki, oktyabrın 2-dən etibarən səfirliyin konsulluq şöbəsində müraciətlərin qəbul edilməsi mümkün deyil.

Buna səbəb isə BiH-nin xarici işlər naziri, etnik boşnak Elmedin Konakoviçin səfirlik əməkdaşlarının bir hissəsini Sarayevoya məsləhətləşməyə çağırmasıdır.

Səfirlik hesab edir ki, XİN başçısı bununla konsulluq xidmətləri sahəsində qanunla nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə mane olub.

Məlumatda xüsusilə vurğulanır ki, Konakoviç məsləhətləşmə üçün Sarayevoya ancaq serb milliyyətindən olan diplomatları çağırıb və onlardan biri də Belqraddakı səfirliyin ilk katibidir.

Həmin katib isə BiH-nin Belqraddakı səfirliyində biometrik məlumatların toplanması üzrə Konsulluq şöbəsində işləmək səlahiyyətinə malik qalan yeganə dövlət qulluqçusudur və məhz onun yoxluğu səbəbindən konsulluq fəaliyyətində problem yaranıb.

Üstəlik Səfirliyin bəyanatında Nazirin bu addım siyasi motivli, qanunsuz və ayrı-seçkilik kimi qiymətləndirilib.

"BiH-də müharibədən sonra ilk dəfə BiH-nin birgə institutlarında yüksək vəzifəli bosniyalı məmur dövlət qulluqçularını milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoyub", - deyə vurğulanıb.

Xatırladaq ki, Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının generalı və komandanı olmuş və 1995-ci ildə Srebrenitsa qətliamındakı roluna görə "Bosniya qəssabı" ləqəbi almış Ratko Mladiçin nəşinin Serbiyaya gətirilməsindən sonra iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşib.

Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç sentyabrın 7-də Serbiyanın atdığı bu addıma qarşı sərt diplomatik cavab veriləcəyini açıqlayıb.

Konakoviç keçirdiyi mətbuat konfransında bildirib ki, Xarici İşlər Nazirliyi Belqraddakı səfirlik əməkdaşlarının geri çağırılmasına qərar verib. O bildirib ki, səfirin özünün geri çağırılması Bosniya və Herseqovina Prezidentliyinin səlahiyyətinə aid olduğundan səfir və konsul vəzifələrində qalacaqlar.

Konakoviç xüsusilə vurğulayıb ki, əgər səlahiyyəti olsaydı, Serbiya ilə diplomatik münasibətləri dərhal kəsərdi.

Qeyd edək ki, Mladiç avqustun 27-də BMT-nin Haaqadakı istintaq təcridxanasında 84 yaşında vəfat edib. Onun nəşi sentyabrın 3-də Belqrada gətirilib. Sentyabrın 7-də, yəni ölümündən 11 gün sonra isə Belqradda dəfn olunub. Dəfn mərasimində yüksək vəzifəli və rütbəli şəxslər də iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər