Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib
Azərbaycan Turizm Bürosu (ATB) Avstriyanın Vyana şəhərində keçirilən "AVIAREPS Around the World Roadshow - Austria 2026" tədbirində iştirak edib.
"Far.Az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan mədəni turizm, İpək Yolu irsi, şəhər turları, macəra və aktiv istirahət imkanları təklif edən turizm istiqaməti kimi təqdim olunub.
Tədbirdə 40-a yaxın səyahət agentləri və turoperatorları iştirak edib. İştirakçılara Azərbaycanın turizm imkanları, o cümlədən Bakı və Şəki şəhərlərinin turizm potensialı, ölkənin İpək Yolu irsi, həmçinin dağ piyada marşrutları və qış turizm imkanları haqqında məlumat verilib.
ATB həmçinin aparıcı səyahət agentləri ilə fərdi görüşlər keçirərək mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, Azərbaycanı Avstriya bazarında daha geniş şəkildə tanıtmaq üçün yeni imkanları nəzərdən keçirib.
Qeyd edək ki, Avstriya bazarından Azərbaycana artan maraq turist səfərlərinin sayında da özünü göstərir. Belə ki, 2026-cı ilin yanvar-avqust aylarında Avstriyadan Azərbaycana gələn ziyarətçilərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % artıb.
Oxşar xəbərlər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan milli komandasını təbrik edib
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır













