Cəbrayılda 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub
Far.Az xəbər saytı

Cəbrayılda 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl rayonuna köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.

Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.

Həmin sakinlərdən artıq 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 910 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 50-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub).

112 şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub və kursları bitirdikdən sonra işlə təmin ediliblər.

Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər aparılır.

Oxşar xəbərlər

Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Şuşaya köçürülən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər