Merts Ukraynaya elan olunmamış səfər edib
Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib.
"Far.Az" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Ukraynanı həlledici həftələr gözləyir. Məhz buna görə də mən bu gün Kiyevə gəlmişəm ki, bizə arxalana biləcəyinizi göstərim. Almaniyanın təhlükəsizliyi də bu müharibənin nəticəsindən asılıdır. Məhz buna görə də göstərdiyimiz yardım (Ukraynaya - red.) bizim öz maraqlarımıza da cavab verir", - o yazıb.
DPA agentliyinin məlumatına görə, səfərdə Mertsi iqtisadiyyat naziri Katerina Rayxe və Almaniyanın işgüzar dairələrinin nümayəndələri müşayiət edirlər.
Qeyd olunur ki, Berlin Kiyevə minlərlə ələkeçirici dron vermək və Ukrayna üçün uzaqmənzilli silahların istehsalına başlamaq niyyətindədir və bu barədə kansler səfər çərçivəsində elan edəcək. Bu məqsədlər üçün Almaniya 1 milyard avro ayırmağı planlaşdırır, daha 350 milyon avro isə enerji infrastrukturunun bərpasına yönəldilməlidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













