Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
Far.Az xəbər saytı

Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var


Bakıda orta məktəbin qarşısında qətl törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.

*** 12:49

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib.

Far.Az "Bakupost"a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

TƏBİB-dən cavab olaraq bildirildi ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər