DCO-nun baş katibi təşkilatın Azərbaycanla əməkdaşlıq planları barədə danışıb
Far.Az xəbər saytı

DCO-nun baş katibi təşkilatın Azərbaycanla əməkdaşlıq planları barədə danışıb


Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) baş katibi Dima Əl-Yahya Azərbaycana səfəri çərçivəsində ölkənin rəqəmsal ekosistemini öyrənməyi, dövlət qurumlarının, özəl sektorun, akademik ictimaiyyətin nümayəndələri və gənclər ilə görüşlər keçirməyi planlaşdırır.

Bu barədə Dima Əl-Yahya "Far.Az"a müsahibəsində bildirib.

"İlk növbədə, səfərimiz Azərbaycan hökumətinin Rəqəmsal Əməkdaşlıq Təşkilatına qoşulmaq qərarı ilə əlaqədar olaraq ona sadiqliyimizi və dəstəyimizi təsdiqləməyə yönəlib. Biz ölkə hökumətinə dəstəyimizi göstərməyə hazır olduğumuzu nümayiş etdirmək üçün gəlmişik", - o qeyd edib.

Onun sözlərinə görə, DCO Azərbaycanın rəqəmsal ekosistemini, o cümlədən dövlət qurumlarının rəqəmsal iqtisadiyyat sahəsindəki baxışlarını, məqsədlərini və iddialarını daha dərindən öyrənmək niyyətindədir:

"Üstəlik, özəl sektorun nümayəndələri - telekommunikasiya şirkətləri, startaplar və texnoloji şirkətlər ilə görüşmək istəyirik. Bizim üçün həmçinin akademik ictimaiyyət, tələbələr və Azərbaycanın istedadlı gəncləri ilə qarşılıqlı əlaqədə olmaq vacibdir".

Baş katib bildirib ki, DCO nümayəndə heyəti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (IDDA) səfər edəcək: "Bununla yanaşı, fondlarla tanış olmaq və Azərbaycana əməkdaşlığı genişləndirməsi, həmçinin təşkilatımızın üzvü olan digər dövlətlərin bazarlarına çıxması üçün necə kömək edə biləcəyimizi öyrənmək istəyirik".

DCO-nun Azərbaycanda həyata keçirməyi planlaşdırdığı konkret layihələrlə bağlı sualı cavablandırarkən Əl-Yahya vurğulayıb ki, səmərəli tərəfdaşlıq ölkənin ehtiyaclarının öyrənilməsindən başlayır.

Onun sözlərinə görə, Azərbaycan DCO ilə əməkdaşlıq çərçivəsində artıq əhəmiyyətli üstünlüklərə malikdir: "Xüsusilə, Ölkə elektron hökumət, rəqəmsal identifikasiya və elektron satınalma sistemlərini inkişaf etdirib. Məsələn, "mygov" platformasından artıq 4 milyon insan istifadə edir. İstifadənin belə miqyası həm Azərbaycanın əldə etdiyi tərəqqini, həm də vətəndaşların rəqəmsal dövlət xidmətlərindən istifadə etməyə hazır olduğunu nümayiş etdirir".

Əl-Yahya həmçinin Azərbaycanda rəqəmsal inklüzivlik, səhiyyə və təhsil sahəsində möhkəm əsasların, eləcə də inkişaf edən rəqəmsal biznes və innovasiyalar ekosisteminin mövcudluğunu vurğulayıb.

Onun sözlərinə görə, bu ehtiyacları öyrəndikdən sonra təşkilat DCO-nun imkanlarını və təşəbbüslərini Azərbaycanın milli prioritetləri ilə uzlaşdıra, eləcə də bu prioritetlərin həyata keçirilməsi üçün ölkəni müvafiq dövlətlər, şirkətlər və institutlarla əlaqələndirə biləcək.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Dima Əl-Yahya: "DCO-nun məqsədi Azərbaycanın coğrafiyasını rəqəmsal üstünlüyə çevirməkdir" - MÜSAHİBƏ
"MiniBoss Business School"un Startaplar üzrə Milli Çempionatınınən yaxşı layihələri müəyyənləşdi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İİB Qrupuna aid startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər