Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli açıqlanıb
Far.Az xəbər saytı

Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli açıqlanıb


İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli 175,6 milyon manat təşkil edir.

Bunu "Report"a açıqlamasında Agentliyin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev bildirib.

Onun sözlərinə görə, Parkın əsas məqsədi əczaçılıq sənayesinin inkişafına dəstək vermək, ölkədə dərman istehsalını artırmaq və idxaldan asılılığı azaltmaqdır: "Eyni zamanda, burada yeni iş yerlərinin yaradılması da əsas məqsədlərdən biridir. Hazırda Parkda 6 rezident fəaliyyət göstərir. Onlar layihənin icrasına 111,3 milyon manat yönəldib, bu günə qədər 215 nəfəri daimi işlə təmin edib, indiyə qədər 82,2 milyon manat dəyərində məhsul istehsal edib".

T.Quliyev vurğulayıb ki, sənaye parklarında sahibkarlar üçün kifayət qədər geniş güzəştlər və təşviq mexanizmləri tətbiq olunur: "İlk növbədə, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin edilirlər. Bundan əlavə, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Həmçinin, istehsal məqsədilə xaricdən gətirilən texnika və avadanlıqlar ƏDV-dən və gömrük rüsumlarından azad edilir".

Oxşar xəbərlər

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər