Xəyalə Nağıyeva: "Yaşıl enerji" sahəsində maliyyələşmə özəl sektorun üzərinə düşməlidir"
"Yaşıl enerji" sahəsində dövlət-özəl tərəfdaşlığı və səhmdar strukturu baxımından investisiya qərarlarının qəbulu özəl sektorda qalmalıdır.
"Far.Az" xəbər verir ki, bunu "Azerbaijan Green Energy Company" MMC-nin (AGEC) İdarə Heyətinin sədr müavini Xəyalə Nağıyeva Bakıda "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, maliyyələşmə özəl sektorun üzərinə düşməlidir: "Lakin torpaq icazələri, digər icazə girişləri və həmçinin tənzimləmə hökumətə məxsus olduğundan, bu tərəfdaşlıq qaçılmazdır. Son üç ildə həyata keçirdiyimiz iki günəş layihəsi ilə bağlı təcrübəmizdə şərtlərin müzakirəsi və başa düşülməsi baxımından olduqca uğurlu olub. Bəli, tənzimləmə var. Lakin prosedurlarda aydın prosedur, başlanğıc və bitmə nöqtəsi, hansı mərhələlərdə nə etməli olduğunuzu dəqiq görmədiyiniz bəzi boşluqlar var. Beləliklə, investorlar nöqteyi-nəzərindən bu, çətin idi və düşünürəm ki, bu, ictimai sektorun, hökumətin üzərində işləməli olduğu bir məsələdir".
X.Nağıyeva qeyd edib ki, təkcə tənzimləmənin formalaşdırılması kifayət deyil, həm də mexanizmlər üzərində işləmək lazımdır: "İnvestorlar həm də tətbiq oluna bilən mexanizmlər, layihəni addım-addım necə etmək, icazələri addım-addım necə əldə etmək barədə axtarışlar edirlər. İlk layihələr hökumət üçün və yerli investorlar olaraq bizim üçün də yenidir. Lakin bu gün artıq müəyyən anlayışımız var. Bu, idarəetmənin necə görünməli olması, kimin hansı risklərə sahib olması və hansı riskin hansı mərhələdə kəskinləşməsi və onları necə azalda biləcəyimiz barədə müəyyən anlayış əldə etmişik. Lakin indi o, çərçivəyə salınmalı və sənədə çevrilməli, prosesdəki bütün tərəflər üçün şəffaf edilməlidir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir













