Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir
Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın itkin düşmüş şəxslərin axtarılması istiqamətində qazandığı təcrübə bir çox ölkələr üçün nümunədir. Bu günə qədər 4000-ə yaxın azərbaycanlının taleyi haqqında dəfələrlə müxtəlif beynəlxalq qurumlara müraciət edilsə də, bir nəticə olmayıb:
"Yalnız Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etdikdən sonra kütləvi məzarlıqların aşkar olunması, qalıqların identifikasiyası və ailələrinə verilməsi prosesi başlanılıb. "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da səslənən rəqəmlər olduqca böyük ümid yaradır ki, yaxın zamanda bütün itkin düşmüş şəxslərin taleyi müəyyənləşəcək. Azərbaycanda bu günə qədər toplanan təcrübə bir çox ölkələr üçün artıq bir nümunədir. Bu istiqamətdə Azərbaycan dövlətinin apardığı işlər artıq dünya mediasında tanınır və nümunə kimi istifadə olunur".
Ombudsman əlavə edib ki, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı həm Ermənistan tərəfinə, həm də Qırmızı Xaç Komitəsinə müraciət edilib:
"Lakin onlar bu məsələyə hərzamankı münasibət sərgiləyirdilər. Bu gün isə Azərbaycan öz gücü, öz imkanları sayəsində bu problemi də həll edir".
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü













