Ceyhun Bayramov BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin rəhbəri ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Qada Vali ilə görüşüb.
Xarici İşlər Nazirliyindən "Far.Az"a verilən məlumata görə, görüşdə transmilli cinayətkarlıq, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməkdaşlıq məsələləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov ölkəmizin müvafiq qurumları ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlığın, habelə COP29 çərçivəsində həyata keçirilən birgə tədbirlərdən bəhs edib.
Transmilli cinayətlərlə mübarizə üzrə təlim-tədris məsələlərinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif qurumların əməkdaşları üçün birgə layihələrin faydalı ola biləcəyi bildirilib.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi, bu istiqamətdə iqlim dəyişikliyi və beynəlxalq sülh arasında əlaqəyə vurğu edən “Atəşkəs çağırışı”nın xüsusilə təqdirəlayiq olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirib
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













