Dövlət satınalmaları portalında süni intellekt əsaslı yeni funksiya tətbiq edilib
Far.Az xəbər saytı

Dövlət satınalmaları portalında süni intellekt əsaslı yeni funksiya tətbiq edilib


Satınalma proseslərinin daha səmərəli təşkili məqsədilə Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) yeni rəqəmsal həll tətbiq olunub.

Bu barədə "Far.Az"a Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, portalda elan olunan satınalmalar üzrə şərtlər toplusunun süni intellekt texnologiyaları vasitəsilə avtomatik təhlili və yoxlanılması imkanı yaradılıb.

Yeni həll ilkin mərhələdə şərtlər toplusundakı texniki xətaları, hüquqi uyğunsuzluqları və digər çatışmazlıqları müəyyən edərək preventiv tədbirlərin görülməsinə imkan yaradacaq. Bundan əlavə, sistem hər hansı təchizatçıya əsassız üstünlük yarada biləcək subyektiv və ya məhdudlaşdırıcı xarakterli tələblərin operativ şəkildə aşkarlanmasına, bununla da rəqabət mühitinin qorunmasına dəstək göstərəcək. Süni intellekt əsaslı həll həmçinin təchizatçılar tərəfindən irəli sürülə biləcək etiraz və şikayətlərin, eləcə də satınalma prosedurlarının ləğvi ilə bağlı risklərin azaldılmasına xidmət edəcək.

Məlumat üçün bildirək ki, süni intellekt vasitəsilə aparılan yoxlamaların nəticələri və həmin yoxlamalar əsasında formalaşdırılan hesabatlar satınalan təşkilatlar üçün tövsiyə xarakteri daşıyır.

Portalda süni intellekt əsaslı yeni funksiyadan istifadə qaydaları ilə bağlı hazırlanmış təlimat videosunu buraya keçid etməklə izləyə bilərsiniz.

Oxşar xəbərlər

Dövlət satınalmalarının vahid internet portalının funksionallığı artırılıb
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər