Dünya futbolunun əfsanəsi Lotar Matteus: "Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur"
Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur.
"Far.Az"un məlumatına görə, bunu Almaniya millisinin heyətində dünya çempionu olmuş keçmiş futbolçu Lotar Matteus Bakıda jurnalistlərə açıqlamasında deyib.
Sabiq oyunçu Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatı barədə danışıb:
"Beynəlxalq Cüdo Federasiyasının dəvəti ilə Bakıdayam. İlk dəfədir ki, Bakıya və ölkənizə gəlirəm. Şəhəriniz möhtəşəmdir. Burada olduğum üçün şadam. Cüdoya marağım böyükdür. Bu idman növündə hakimə böyük hörmət var. Bəzən futbolda bununla rastlaşmırıq. Dünya çempionatı çox önəmlidir".
O, UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"ın Dortmund "Borussiya"sına qarşı keçirəcəyi matça da toxunub:
"Qarabağ"la daha əvvəl üz-üzə gəliblər. "Borussiya" cütün favoritidir. Nəticə 90 dəqiqənin sonunda müəyyənləşəcək".
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən indiyədək Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü













