Nigeriyada yaraqlılar 125-dən çox şəxsi öldürüblər
Far.Az xəbər saytı

Nigeriyada yaraqlılar 125-dən çox şəxsi öldürüblər


Nigeriyada ayrı-ayrı insidentlər zamanı silahlı şəxslər 125-dən çox insanı öldürüblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" şahidlərə və hərbi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, çərşənbə axşamı ölkənin şimal-qərbindəki Zamfara ştatında yaraqlılar təxminən 1000 nəfərin qızıl çıxardığı mədəni atəşə tutublar. Şahidlərin məlumatına görə, atışma nəticəsində azı 100 mədənçi həlak olub.

Daha əvvəl - oktyabrın 5-də silahlı quldurlar Zamfaranın Maru yerli idarəetmə rayonundakı Bindin hərbi bazasına hücum edərək azı 25 hərbi qulluqçunu qətlə yetiriblər.

Hərbçilərin məlumatına görə, çərşənbə axşamı axşam saatlarında Çad gölünün yaxınlığındakı Borno ştatının Kukava ərazisində xüsusi təyinatlıların 101-ci taborunun hərbçiləri də hücuma məruz qalıblar. Hücumları dəf edərkən Nigeriya Silahlı Qüvvələri İŞİD-in 25-dən çox yaraqlısını məhv edib, altı "AK-47" avtomatı və döyüş sursatı ələ keçirib. Toqquşmalar zamanı bir neçə hərbçi həlak olub, lakin onların sayı dəqiqləşdirilməyib.

"Bu hücumlar ölkə hakimiyyətinin uzun illərdir "Boko Haram" və onun qolu olan İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlara baxmayaraq, Nigeriyanın şimal-şərqində üsyançılar tərəfindən yaranan təhlükənin hələ də davam etdiyini göstərir", - agentlik qeyd edib.

Nigeriya Silahlı Qüvvələri təhlükəsizlik səviyyəsini artırmaq məqsədilə risk zonalarında antiterror əməliyyatları keçirməyə davam edir.

Oxşar xəbərlər

Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər