Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.
BAKU.WS-in məlumatına görə, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü "isti izlər"lə açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü də inzibati məsuliyyətə cəlb edilib.
Həmçinin Masazır qəsəbəsində avtoxuliqanlıq hərəkətləri törədən "Lada" markalı avtomobilin sürücüsü K.Qarayev, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi törədən və hadisə yerindən qaçmağa cəhd göstərən "Chevrolet" markalı avtomobilin sürücüsü S.Əhmədov saxlanılıblar. Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ 1 il, S.Əhmədovun isə 2 il müddətinə məhdudlaşdırılıb. Sonuncu barəsində əlavə olaraq inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Bundan başqa, nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən 14, çoxavazlı səs siqnalından istifadə edən 1 sürücü barəsində də inzibati tədbirlər görülüb.
Abşeron rayonu ərazisində hüquqpozmaların qarşısının alınması, yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb
Abşeronda xırda xuliqanlıq və talama hadisələri ilə əlaqədar 78 fakt aşkarlanıb
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var













