Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış
Müdafiə Nazirliyində mənimsənilmiş ümumilikdə 160 milyon manat dövlət vəsaitinin nə qədərinin ödənildiyi məlum olub.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 41 milyon manata yaxın mənimsənilmiş vəsait dövlətə geri qaytarılıb. Bu məbləğin 38 milyon manatı ibtidai, iki milyon manatdan bir az artıq hissəsi birinci və apellyasiya məhkəməsi dövründə ödənilib.
Dövlətə vurulmuş ziyanın 12 milyon manatını Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, 11 il 6 ay azadlıqdan məhrum edilmiş general-mayor Nizami Məmmədov ödəyib. Qalan hissə isə digər təqsirləndirilən şəxslərin hesabına qaytarılıb.
Bundan əlavə, cinayət işi üzrə təqsirli bilinən şəxslərin əmlakı dövlət xeyrinə müsadirə edilib.
Apellyasiya baxışının son iclasında Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə deyib ki, həbsdən azad olunacaqları halda dövlətə dəymiş ziyanın özlərinə düşən qalan hissəsini də ödəməyə hazırdırlar. 10 il 6 aylıq azadlıqdan məhrum edilən Əlizadə artıq dörd ildən çoxdur cəza çəkir. O, həbsdə qalmaqdansa, dövlətə dəymiş ziyanın ödənilməsinin vacib olduğunu deyərək azad olunmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi yekun qərarında zabitlərin şikayətlərini təmin etməyib. Onların həbsinin davamına qərar verilib.
Məhkum edilmiş şəxslərin bu qərardan kassasiya şikayəti verəcəkləri bildirilir. Son qərarı Ali Məhkəmə verəcək.
Qeyd edək ki, ziyanın 143 milyon manatlıq hissəsi general Nizami Məmmədova və qoşun növlərinin rəislərinə, bir qismi isə daha əvvəl məhkum edilmiş zabitlərə və işdə adıçəkilən digər şəxslərə aiddir.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib













