Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb
Türkiyənin televiziya kanalları, informasiya agentlikləri və xəbər saytları Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünü geniş işıqlandırıblar.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkənin media resursları Prezident İlham Əliyevin görüşdəki çıxışına, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi danışıqlara, həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderləri tərəfindən imzalanmış yekun sənədlərə xüsusi diqqət yetirib.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması da xüsusi vurğulanıb.
Prezident İlham Əliyevin investisiya fondlarının imkanlarından daha fəal istifadə edilməsinin zəruriliyi, "ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal sahələrinin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi" barədə fikirlərindən sitatlar gətirilib.
Bəzi media qurumları Azərbaycan liderinin ölkələrin nəqliyyat əlaqələrində Xəzər dənizi üzərindən keçən marşrutun roluna dair fikirlərini başlıqlara çıxarıb.
Dövlətimizin başçısının Mərkəzi Asiyanın Azərbaycanla, daha sonra isə beynəlxalq bazarlarla birləşdirilməsi üçün Xəzərin hər iki sahilində nəqliyyat infrastrukturunun əhəmiyyətinə dair fikirlərinə yer verilib.
Prezident İlham Əliyevin Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində Azərbaycanın töhfəsinə dair fikirləri ayrı-ayrı yarımbaşlıqlarda təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













