SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünyanın aparıcı reytinq və analitik şirkətlərindən biri olan "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsində (Corporate Sustainability Assessment – CSA) 100 baldan 50 bal toplayaraq ESG reytinqi əldə edib.
"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, bu beynəlxalq qiymətləndirmədə təxminən 12 500 şirkətin iştirak edib.
2026-cı il oktyabrın 9-na olan nəticələrə əsasən, SOCAR "Oil & Gas Upstream & Integrated" sənaye qrupu üzrə qiymətləndirilən şirkətlərin 83%-dən daha yüksək nəticə göstərib. Bu nəticə şirkətin dayanıqlı inkişaf gündəliyinin ardıcıl həyata keçirilməsi və ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin korporativ idarəetmə və əməliyyat fəaliyyətinə inteqrasiyası istiqamətində əldə etdiyi irəliləyişi əks etdirir.
SOCAR qiymətləndirmə çərçivəsində "S&P Global" tərəfindən tələb olunan 1 000-dən çox göstərici üzrə məlumatların 95%-dən çoxunu təqdim edib. Bu göstərici şirkətin dayanıqlılıq məlumatlarının açıqlanmasına və şəffaf hesabatlılıq təcrübələrinin inkişafına verdiyi önəmi nümayiş etdirir.
Əvvəlki qiymətləndirmə ilə müqayisədə ESG məsələlərinin əhəmiyyətliliyinin müəyyən edilməsi, insan hüquqlarının qorunması üzrə öhdəliklər və müvafiq proseslər, iqlim dəyişikliyi ilə mübarizə, iqlim strategiyasının inkişafı, istixana qazı emissiyaları üzrə hesabatlılığın genişləndirilməsi, eləcə də resursların idarə edilməsi və təkrar istifadəsi sahələrində nəzərəçarpan irəliləyiş qeydə alınıb. Bu nailiyyətlər SOCAR-ın dayanıqlılıq üzrə idarəetmə yanaşmalarını təkmilləşdirmək, ekoloji və sosial məsuliyyətini gücləndirmək və uzunmüddətli strateji prioritetlərini beynəlxalq meyarlarla uzlaşdırmaq istiqamətində səylərini əks etdirir.
"S&P Global" şirkətlərin dayanıqlılıq fəaliyyətini sənayeyə xas meyarlar əsasında müəyyənləşdirir. Nəticələr 0–100 bal şkalası üzrə müəyyən edilir və şirkətlərin göstəriciləri müvafiq sənaye qrupu üzrə müqayisə olunur. CSA şirkətlərə dayanıqlılıq fəaliyyətlərinin güclü tərəflərini və inkişaf imkanlarını müəyyənləşdirmək, eləcə də idarəetmə təcrübələrini beynəlxalq sənaye meyarları ilə müqayisə etmək imkanı yaradır.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
"Greentech Solutions", BP və tərəfdaşları Azərbaycanda ESG sahəsində ilkə imza atdı
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













