Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.
"Report" xəbər verir ki, müvafiq normativ akt Türkiyə Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanıb və oktyabrın 10-da hökumətin rəsmi "Resmi Gazete" nəşrində dərc olunub.
Sənəddə qeyd olunub ki, məhdudiyyətlər cari il noyabrın 1-dən tətbiq ediləcək. Qaydalara əsasən, sosial şəbəkələr 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. 15–18 yaş arası istifadəçilər üçün isə platformalar gücləndirilmiş təhlükəsizlik və məxfilik tədbirlərini nəzərdə tutan ayrıca rejim yaratmalıdır. Artıq mövcud olan və aktiv istifadə edilən hesablar üzrə yaş təsdiqi 2027-ci il martın 31-dək tamamlanmalıdır.
İstifadəçilərin yaşı xüsusi identifikator vasitəsilə ümumrespublika elektron dövlət xidmətləri sistemi - "e-Devlet" üzərindən təsdiqlənəcək. 15–18 yaş arası yeniyetmələrin hesabları standart olaraq qapalı olacaq. Onlar üçün canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və müəyyən məzmun tövsiyəsi mexanizmləri qadağan ediləcək.
Sosial şəbəkələr, həmçinin topladıqları məlumatlar əsasında yetkinlik yaşına çatmayan istifadəçilərə digər hesabları tövsiyə edə bilməyəcək. Eyni zamanda, yeniyetmələrin öz profillərinin digər istifadəçilərə təklif olunmasına da icazə verilməyəcək.
Bundan əlavə, azyaşlı istifadəçilərin şəxsi təhlükəsizliyinin qorunmasına dair qaydalar sərtləşdirilir. Sosial şəbəkələr uşaqların hesablarını telefon kitabçaları, əlaqə siyahıları, elektron poçt ünvanları kitabçaları, eləcə də digər tətbiq və platformalardakı dostluq və izləmə siyahıları ilə sinxronlaşdıra bilməyəcək. Bu mənbələrə daxil olmaq və onlardan əldə edilən məlumatları emal etmək də qadağan olunacaq.
Normativ akt sosial şəbəkələri valideynlər və qəyyumlar üçün xüsusi nəzarət alətləri yaratmağa və təqdim etməyə də məcbur edir. Bu alətlər vasitəsilə hesabları, onların parametrlərini, istifadə müddətini, geolokasiyanı, ödənişli əməliyyatları və digər funksiyaları idarə etmək mümkün olacaq.
Oxşar xəbərlər
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













