FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi mövzusunda kütləvi tədbir keçirib
Far.Az xəbər saytı

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi mövzusunda kütləvi tədbir keçirib


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhərinin ən sıx nəqliyyat və piyada qovşaqlarından biri olan metronun "28 May" stansiyasının ətrafındakı ərazidə bir sıra mühüm obyektlərdə yanğın təhlükəsizliyi üzrə genişmiqyaslı maarifləndirmə tədbiri keçirilib.

"Far.Az" xəbər verir ki, tədbir zamanı Xidmətin əməkdaşları tərəfdaş qurumların nümayəndələri ilə birgə ərazidən, ictimai nəqliyyatdan və ticarət obyektlərindən istifadə edən vətəndaşlarla profilaktik söhbətlər aparıb, vətəndaşlara vacib təhlükəsizlik qaydaları barədə məlumat veriblər.

Profilaktik söhbətlər zamanı metro, qatar və avtobuslarda, nəqliyyat qovşaqlarında, həmçinin ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin, təxliyə yolları və keçidlərin boş saxlanılmasının, məişətdə və ictimai məkanlarda elektrik və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi vətəndaşlara, o cümlədən müəssisələrin məsul əməkdaşlarına izah edilib.

Bununla yanaşı, gün ərzində "28 May" stansiyasının qarşısındakı ərazidə, metro stansiyasının və dəmir yolu vağzalının giriş-çıxışlarında, "BakuBus" avtobus dayanacaqlarında, habelə yaxınlıqdakı ticarət mərkəzlərinin, nəqliyyat obyektlərinin daxili və xarici monitorlarında məişətdə, ticarət müəssisələrində və nəqliyyatda yanğın təhlükəsizliyi qaydalarını, elektrik və qaz şəbəkələrinin təhlükəsiz istismarını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Həmçinin, tədbir çərçivəsində vətəndaşlara yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış qaydalarını özündə əks etdirən maarifləndirici buklet və broşürlər paylanılıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəlal Xudiyev jurnalistlərə açıqlamasında deyib ki, vətəndaşların bir hissəsi zəruri biliklərə və yanğın zamanı davranış qaydaları ilə bağlı vərdişlərə sahib olsa da, bir qisim vətəndaş interaktiv sorğu zamanı verdiyi cavablar qənaətbəxş olmayıb:

"Düşünürük ki, bu cür kommunikasiya qurulmaqla və vətəndaşlar arasında maarifləndirmə tədbirləri keçirilməklə gələcəkdə cəmiyyətin daha çox üzvünün yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı məlumatlı olmasına töhfə veriləcək. Bu bilik və vərdişlər hadisələr zamanı təhlükənin vaxtında müəyyənləşdirilməsinə, hadisələrin qarşısının alınmasına və zəruri hallarda vaxtında məlumat verilməsinə kömək edə bilər".

Oxşar xəbərlər

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər