Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarını ABŞ-nin Rusiya dizelinin tədarükü ilə bağlı siyasətindəki dəyişiklik fonunda şərh edib.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin ABŞ tərəfindən Rusiya dizelinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı sualını cavablandırarkən danışıb.
Baş nazir qeyd edib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmadığı dövrdə ölkəyə qarşı çoxsaylı tənqidlər səsləndirilib. O, hazırkı vəziyyətin Tbilisinin həmin vaxt qəbul etdiyi qərarın düzgün olduğunu göstərdiyini iddia edib.
"Bir daha aydın oldu ki, Rusiyaya qarşı sanksiyalara qoşulmadığımız zaman tamamilə rasional və praqmatik, düzgün və alternativsiz qərar vermişik", - hökumət başçısı vurğulayıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Mirror: Ronaldu Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb
-
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib













