Mədinə Musayeva: "APOEL-i böyük hesabla məğlub edəcəyimizi gözləmirdim"
"Kür"ün həndbolçusu Mədinə Musayeva EHF Avropa Kubokunun II təsnifat mərhələsində Kiprin APOEL kollektivini böyük hesabla məğlub edəcəklərini gözləməyib.
"Far.Az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, oyunçu bu barədə jurnalistlərə açıqlamasında deyib.
Komandanın qapıçısı 40:18 hesabı ilə qalib gəldikləri qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Oyunun əvvəlində səhvlərimiz oldu. Onları düzəltməyə çalışdıq. Nəticə göz qabağındadır. İkinci görüşdə daha yaxşı çıxış etməyə çalışacağıq. Matçdan əvvəl belə böyükhesablı qələbə qazanacağımızı düşünmürdük. Bu matça çox ciddi yanaşırdıq. Rəqibi təhlil etmişdik. Belə top fərqinin olacağını gözləmirdim".
M.Musayeva Azərbaycan həndbolundakı durğunluq fonunda görüşə hazırlaşmağın çətin olduğunu söyləyib:
"Hazırkı durumda avrokubok qarşılaşmasına hazırlaşmaq çox çətin idi. Son olaraq aprelin ortalarında rəsmi oyuna çıxmışıq. Uzun müddətdən sonra belə qələbə qazanmaq gözəl nəticədir".
Xatırladaq ki, tərəflər arasındakı cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.
Oxşar xəbərlər
EHF Avropa Kuboku: "Kür" ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Mirror: Ronaldu Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb
-
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib













