Biləsuvarda qəza zamanı ölən və yaralıların kimliyi məlum olub - YENİLƏNİB
Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzası nəticəsində ölən və yaralan şəxslərin kimliyi bilinib.
"Report"un Muğan bürosunun məlumatına görə, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur.
Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil oğlu dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, yolun Bakı istiqamətində hərəkətdə olan "Niva" markalı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan "Mercedes" markalı avtomobillə toqquşub. Sonra zərbənin təsirindən idarəetmədən çıxan "Niva" və "Mercedes" markalı avtomobillər daha iki maşın ilə toqquşub.
Biləsuvar rayonunda zəncirvari yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun rayondan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zooparkda pələng kişini diri-diri yedi
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
-
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
-
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
-
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib













