Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
Far.Az xəbər saytı

Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib


Azərbaycan Güləş Federasiyası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında əldə olunan tarixi nəticə münasibətilə Azərbaycan Cüdo Federasiyasını təbrik edib.

"Far.Az" xəbər verir ki, federasiyanın paylaşımında 4–11 oktyabr tarixlərində Bakıda təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçularının 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında tarixi uğura imza atdığı bildirilib.

"Azərbaycan idman ailəsinin bir üzvü olaraq, Azərbaycan Güləş Federasiyası cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar, Azərbaycan cüdosuna isə beynəlxalq arenalarda daha böyük nailiyyətlər arzulayır", – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın cüdo millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

Oxşar xəbərlər

Dünya çempionatı: Uşanqi Kokauri gümüş medal qazanıb - YENİLƏNİB-4
Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub - YENİLƏNİB-4
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub - YENİLƏNİB
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər