Dənizkənarı bulvarda Çay Festivalı
Far.Az xəbər saytı

Dənizkənarı bulvarda Çay Festivalı


Bu gündən etbarən Bakı bulvarında Çay Festivalı başlayır. Azərbaycanın özünəməxsus çay mədəniyyətini bütün zənginliyi ilə bir araya gətirən festival oktyabrın 18-dək davam edəcək.

Far.Az xəbər verir ki, Festivalda Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və çay süfrəsini tamamlayan müxtəlif təamlar təqdim olunacaq. Ziyarətçilər həmçinin çay süfrəsinə aid ənənəvi və dekorativ əşyalarla tanış ola biləcəklər. Festivalda özünəməxsus çay mədəniyyəti ilə seçilən ölkələrin nümayəndələri də iştirak edəcək.

Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir.

12 oktyabr saat 17:00-da media nümayəndələrinin iştirakı ilə festivalın təqdimatı keçiriləcək.

Oxşar xəbərlər

WUF13 Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında "İctimai proqram" baş tutub
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Bulvarda ölkənin ən böyük gözəllik festivalı yenidən keçirildi
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər