Serbiya seçki kampaniyasına müdaxiləyə görə Xorvatiyaya etiraz notası göndərib
Far.Az xəbər saytı

Serbiya seçki kampaniyasına müdaxiləyə görə Xorvatiyaya etiraz notası göndərib


Serbiyanın Xarici İşlər Nazirliyi Xorvatiyanın ölkədəki seçki kampaniyasına müdaxiləsi və respublikadakı daxili siyasi vəziyyəti qərəzli işıqlandırması ilə əlaqədar Xorvatiyaya etiraz notası göndərib.

Bu barədə "Far.Az" "Politika" qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, Belqrad Serbiyanın daxili işlərinin "birtərəfli və son dərəcə mənfi işıqlandırılmasından, eləcə də ölkədəki siyasi proseslərin bütün regionun sabitliyinə təhdid kimi təqdim edilməsi cəhdlərindən" narahatlığını ifadə edib.

Sənəddə Serbiyanın daxili siyasi proseslərinə hörmət edilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu proseslər xarici təzyiq və ya seçki kampaniyasının gedişinə təsir göstərmək cəhdləri olmadan həyata keçirilməlidir.

Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək. Sentyabrın 27-də prezident vəzifəsindən istefa verən Aleksandar Vuçiç hakim Serbiya Tərəqqi Partiyasının (STP) seçki siyahısına rəhbərlik edəcək və partiyanın baş nazirliyə namizədi olacaq.

STP-nin əsas rəqibi Novi-Saddan olan 56 yaşlı kardioloq İliya Srdanoviçin rəhbərlik etdiyi "Tələbə siyahısı" birliyi olacaq.

Oxşar xəbərlər

Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər