Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər arasında beşinci yerə yüksəlib
İspaniyanın "Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında vurduğu qolların sayına görə beşinci pilləyə yüksəlib.
"Report" xəbər verir ki, Mbappe turnirin ümumi mərhələsinin ikinci turunda İtaliyanın "Roma" klubuna qarşı keçirilən matçda 72-ci qolunu vurub.
Bununla da fransalı futbolçu ispaniyalı Raulun göstəricisini (71 qol) geridə qoyub.
Çempionlar Liqasının tarixində ən çox qol vuran futbolçu portuqaliyalı Kriştianu Ronaldudur. O, hesabına 140 qol yazdırıb. İlk beşlikdə argentinalı Lionel Messi (129), polşalı Robert Levandovski (109) və fransalı Kərim Benzema (90) da yer alır.
Bundan başqa, 27 yaşlı Mbappe Çempionlar Liqasında 100 oyun keçirən ən gənc futbolçu olub. O, bu göstəriciyə Messidən bir yaş tez - 27 yaşında çatıb. Argentinalı futbolçu əvvəlki rekordu 28 yaşında müəyyənləşdirib.
Mbappe 2024-cü ildən "Real Madrid"də çıxış edir. O, daha əvvəl "Monako" və Fransanın PSJ klublarında oynayıb. PSJ ilə 2020-ci ildə Çempionlar Liqasının finalına yüksəlib.
49 yaşlı Raul isə Avropadakı karyerası ərzində "Real Madrid" və Almaniyanın "Şalke" klublarının formasını geyinib. O, Madrid təmsilçisi ilə üç dəfə - 1998, 2000 və 2002-ci illərdə Çempionlar Liqasının qalibi olub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













