Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
Hazırkı dövr və regional və beynəlxalq mühitin reallıqları Laos xalqı və dövlətinin bu təşkilata üzvlüyünün əhəmiyyətini artırıb. Laos AQEM-in yeni üzvünə çevrilib.
Far.Az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
"Çoxtərəfliliyə, BMT xartiyalarına və sülh içərisində yaşama və daxili məsələlərə müdaxilə edilməməsi prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlıq qura bilərik. Biz AQEM-i əməkdaşlıq platforması olaraq görürük. Bu təşkilata, tamhüquqlu üzv olmaq bizə milli qürur verməklə yanaşı, üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır. Dünyamızda bu gün çox böyük çağırışlar mövcuddur və regional və beynəlxalq təhlükəsizlik mühiti transformasiyadan keçir. Buna təsir edən bir çox faktorlar var", - deyə Laos Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi












