IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək
Far.Az xəbər saytı

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək


Beynəlxalq Enerji Agentliyinə (IEA) üzv ölkələrin strateji ehtiyatlardan sərbəst buraxdığı neft və neft məhsullarının həcmi 400 milyon bareli ötəcək.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə agentliyin press-relizində bildirilib.

"IEA-nın bəzi üzvləri bazara mart ayında ilkin olaraq elan ediləndən daha böyük həcmlər çıxarıb, digər üzvlər isə eyni addımı atmaq niyyətindədir. Nəticədə, sərbəst buraxılacaq ehtiyatların ümumi həcmi ilkin olaraq planlaşdırılan 400 milyon bareli ötəcək", - məlumatda qeyd olunub.

Mart ayında IEA-ya üzv ölkələr agentliyin tarixində ən böyük göstərici olan 400 milyon barel həcmində neft ehtiyatlarının kollektiv şəkildə sərbəst buraxılması barədə razılığa gəlib. Qərar Hörmüz boğazındakı vəziyyətlə əlaqədar tədarükdə yaranan fasilələr fonunda qəbul edilib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər