Rubio: Mərkəzi Asiya 20 il ərzində ABŞ-nin lazımi diqqətini görməyib
Son 20 il ərzində Mərkəzi Asiya ABŞ siyasətçiləri tərəfindən lazımi diqqət görməyib.
"Report"un "Kun.uz"a istinadən verdiyi məlumata görə, bunu Səmərqənddə səfərdə olan ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
"Son 20 il ərzində Mərkəzi Asiya bizim siyasətçilərimizdən layiq olduğu səviyyədə diqqət görməyib. Lakin vəziyyət dəyişir. Məhz buna görə də biz indi buradayıq", - M.Rubio bildirib.
Onun sözlərinə görə, Vaşinqton region ölkələri ilə münasibətlərin möhkəmləndirilməsində, o cümlədən iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır: "Özbəkistan iqtisadiyyatı sürətlə inkişaf edən bir ölkədir. Burada əhalinin rifahının yüksəldilməsi üçün böyük imkanlar açılır. ABŞ şirkətləri bu prosesin bir hissəsi olmaqda maraqlıdırlar".
Dövlət katibi vurğulayıb ki, ikitərəfli səfərlə yanaşı, "C5+1" formatında görüşün keçirilməsinə səbəb məhz Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələri genişləndirmək istəyi olub: "Hesab edirəm ki, bütün bunlar yalnız üzərində gələcək əməkdaşlığımızı qurmaq niyyətində olduğumuz bünövrədir. Biz daha çox iş görmək istəyirik. Bu, son deyil, sadəcə başlanğıcdır".
ABŞ Prezidenti Donald Trampın Özbəkistana mümkün səfəri ilə bağlı sualı cavablandıran dövlət katibi bildirib ki, Vaşinqton gələn il ərzində səfərin mümkün tarixlərini öyrənmək niyyətindədir: "Güman edirəm ki, Prezidentin belə bir imkanı olarsa, o, Özbəkistana gəlmək istəyər. O özü bu barədə danışıb. Lakin mən səfər qrafiki ilə bağlı onun adından danışa bilmərəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır













