UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasından (FIFA) qurumun prezidenti Canni İnfantinonun ən böyük futbol turnirlərini idarə edəcək şirkət yaratmaq təşəbbüsü ilə bağlı noyabrın 2-dək izahat verməsini tələb edib.
"Far.Az" "BBC"yə istinadən xəbər verir ki, bu tələb UEFA-nın FIFA rəhbərliyinə ünvanladığı məktubda əksini tapıb.
Söhbət İnfantinonun FIFA Forward Enterprise (FFE) adlı şirkət yaratmaq təklifindən gedir. Yeni şirkətin FIFA-nın himayəsi altında keçirilən əsas kişi və qadın futbol yarışlarına nəzarət etməsi nəzərdə tutulurdu.
Bu plan barədə iyul ayında məlumat yayılıb. FIFA rəhbərliyinin iddiasına görə, layihə 4,2 milyard dollara qədər vəsait cəlb edə, milli futbol assosiasiyalarının gəlirlərini artıra və dünya futbolunun inkişafına töhfə verə bilərdi. Lakin təşəbbüs futbol rəsmiləri, milli federasiyalar və digər təşkilatlar tərəfindən kəskin tənqidlə qarşılanıb. Onlardan bəziləri FIFA-nın idarəetmə sisteminə yenidən baxılmasına çağırıb.
UEFA-nın məktubunda bildirilib ki, bir sıra suallar hələ də cavabsız qalıb, tələb olunan məlumat və sənədlər təqdim edilməyib.
"Digər məsələlər cavabsız qalıb, tələb olunan məlumat və sənədlər təqdim olunmayıb. FFE layihəsindən imtina edilməsi, səhvlərin etiraf olunması və idarəetmə sahəsində mümkün islahatların elan edilməsi müvafiq qərarların necə qəbul edildiyini və FIFA Şurasının bu prosesə niyə vaxtında cəlb olunmadığını izah etmir", – deyə məktubda qeyd olunub.
Təşkilat vurğulayıb ki, bu məsələlər dərhal araşdırılmalı və FIFA Şurasının növbəti iclasına qədər təxirə salınmamalıdır. Gələcək islahatlar əvvəllər qəbul edilmiş qərarların yoxlanılmasını və həmin qərarlara görə məsuliyyətin müəyyənləşdirilməsini əvəz etməməlidir.
BBC-nin məlumatına görə, oktyabrın 16-da FIFA Şurasının iclasında İnfantino ən böyük turnirlərin kommersiya hüquqlarının yeni şirkətə verilməsi planına görə üzr istəyib. Bununla belə, o, təşəbbüsün hazırlanması və irəli sürülməsi şəraiti ilə bağlı hərtərəfli izahat verə bilməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
Bakının bu rayonunda iki gün SU OLMAYACAQ
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır













