Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Far.Az xəbər saytı

Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Moskva Rusiya-Ukrayna münaqişəsinin həlli üçün razılığa gələ bilməsə, istənilən vaxt Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

"Report"un məlumatına görə, Amerika lideri respublikaçı senator Lindsi Qremmin təşəbbüsü ilə hazırlanmış qanun layihəsi çərçivəsində yeni məhdudiyyətlərin tətbiqindən niyə imtina etdiyi barədə jurnalistlərin sualını cavablandırarkən belə deyib.

"Mənim bunu istənilən an etmək hüququm var. Dərhal. Buna görə də, əgər nəticə verməsə, hər zaman bu addımı ata bilərəm", - Tramp bildirib.

ABŞ Prezidenti əlavə sanksiyalar tətbiq etməyi hələlik planlaşdırmadığını, çünki Vaşinqtonun Moskva ilə danışıqları davam etdirdiyini vurğulayıb: "Danışıqlar apardığınız zaman belə etmirsiniz".

Amerika lideri, həmçinin respublikaçı həmkarlarının əksəriyyətinin yeni sanksiyaların hələlik tətbiq edilməməsi qərarına anlayışla yanaşdığını bildirib: "Mən qərarıma qarşı çıxan respublikaçılara mövqeyimi izah edirəm. Amma onların sayı azdır, çünki mənə etibar edirlər".

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər