Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb
Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-19 dünya çempionatında qələbə qazanıb.
Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, yarışın beşinci günündə Gülər Hüseynova (51 kq) 1/16 finalda Diana Dudinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşündə Nataşa Lukiçlə (Serbiya) gücünü yoxlayacaq.
Şahin Aslanov (65 kq) da dünya çempionatına qələbə ilə başlayıb. O, Emir Serifoviçi (Bosniya və Herseqovina) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. Aslanov 1/8 finalda Robert-Jsolt Buzasla (Rumıniya) qarşılaşacaq.
Renat Qiyaslı (80 kq) isə 1/16 final döyüşünü erkən xeyrinə bitirib. O, Daniil Paninə (Estoniya) üçüncü raundda tam üstünlüklə qalib gəlib. Boksçu növbəti sınağında Tiberio Nokadello (İtaliya) ilə mübarizə aparacaq.
Hər 3 döyüş oktyabrın 22-də olacaq.
Qeyd edək ki, dünya çempionatının qalibləri oktyabrın 27-də bəlli olacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













